BİZNES

21 Oktyabr

Coca-Cola HBC, Coca-Cola-nın Afrika qablaşdırma əməliyyatlarını 2,6 milyard dollara alacaq

Finss.az xəbər verir ki, Coca-Cola HBC AG Coca-Cola Beverages Africa Pty (CCBA) şirkətinin 75%-ni The Coca-Cola Co. və Gutsche Family Investments (GFI) şirkətlərindən 2,6 milyard dollara alır.

Coca-Cola HBC-nin press-relizinə görə, CCBA 3,4 milyard dollar dəyərində qiymətləndirilir. Razılaşmanın bir hissəsi olaraq, Coca-Cola CCBA-dakı 41,52%, GFI isə 33,48% payını satır.

CCBA Coca-Cola-nın Afrikadakı ən böyük qablaşdırma tərəfdaşıdır. Şirkət qitənin 14 ölkəsində fəaliyyət göstərir və Coca-Cola-nın Afrika bazarındakı içki satışlarının təxminən 40%-ni təşkil edir.