BİZNES

21 Oktyabr

Azərbaycanın ticarət əlaqələri genişlənir: ixrac-idxal dövriyyəsi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5% artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici ticarət dövriyyəsinin strukturu aşağıdakı kimidir:

  • İxrac: 18,606 milyard ABŞ dolları (1,248 milyard USD və ya 6,3% azalma ötən ilin eyni dövrü ilə müqayisədə)
  • İdxal: 16,769 milyard ABŞ dolları (2,126 milyard USD və ya 14,5% artım)

Nəticədə, xarici ticarətdə 1,837 milyard ABŞ dolları müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,374 milyard USD və ya 2,8 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az