2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 518,8 min ton qaz kondensatı istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 min ton və ya 5,3% artım deməkdir.
Finss.az Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin müvafiq dövründə qaz kondensatı istehsalı 492,9 min ton təşkil edib.
Məlumata görə, 1 oktyabr 2025-ci il tarixinə hazır məhsul ehtiyatı 27,9 min ton olub.
Neft məhsulları istehsalının həcmi 4,047 milyard manat səviyyəsində qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% artım deməkdir. Məhsul növlərinə görə artım və azalma belə olub:
- Mazut: 2,1 dəfə artım
- Neft koksu: 8,5% artım
- Dizel yanacağı: 6,2% artım
- Kerosin: 5,3% artım
- Neft bitumu: 9,9% azalma
- Sürtkü yağları: 44,7% azalma
Fuad Mədətov
Finss.az