Finss.az xəbər verir ki, beynəlxalq reytinq agentliyi SP Global Ratings, Fransanın həm xarici, həm də yerli valyutalarda olan uzunmüddətli suveren kredit reytinqini "A+" səviyyəsinə endirib. Agentlik eyni zamanda qısamüddətli reytinqi "A-1+"-dən "A-1"-ə salıb.
Reytinqə dair proqnoz "sabit" olaraq saxlanılıb.
SP analitiklərinə görə, 2026-cı il üçün büdcə layihəsinin təqdim olunmasına baxmayaraq, Fransa dövlət maliyyəsi ilə bağlı qeyri-müəyyənliklər davam edir. Bu qeyri-müəyyənliklər ölkənin fiskal dayanıqlılığına mənfi təsir edə bilər.
