2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 108,9 milyon ton yük, 1,392 milyard sərnişin daşınıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq yük daşımalarında 6,2%, sərnişin daşımalarında isə 6,3% artım qeydə alınıb.
Sərnişinlərin 95,6%-i avtobuslardan, 4,4%-i isə minik taksilərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 8,6% artıb.
Fuad Mədətov
Finss.az