2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 819,9 manat təşkil edib.
Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artım deməkdir.
Hesabat dövründə muxtar respublikanın büdcə gəlirləri 205,559 milyon manat, büdcə xərcləri isə 302,274 milyon manat olub. Bu göstəricilər 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə müvafiq olaraq 13,1% və 4,6% artım göstərir.
Fuad Mədətov
Finss.az