2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu ilə 12,5 milyon ton yük və 7,157 milyon sərnişin daşınıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,7% azalma, sərnişin daşınmasında isə 19,5% artım deməkdir.
Hesabat dövründə ölkədə ümumilikdə 177,7 milyon ton yük daşınıb ki, bunun 7%-i dəmir yolu, 3,9%-i dəniz, 0,2%-i hava, 61,3%-i avtomobil, 27,6%-i isə boru kəməri vasitəsilə həyata keçirilib.
Fuad Mədətov
Finss.az