BİZNES

16 Oktyabr

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 1,5% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3,105 milyon sərnişin daşınıb, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5% çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, daşımalarda 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava nəqliyyat vasitələri ilə həyata keçirilib.

Eyni dövrdə hava nəqliyyatı ilə yük daşımaları 8% azalaraq 289,1 min ton təşkil edib.

Fuad Mədətov
Finss.az