OPEK-in son məlumatlarına əsasən, 2025-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min barel təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici avqust ayındakı 456 min barel və iyul ayındakı 459 min barel səviyyəsindən bir qədər yüksək olub.
Bununla belə, rüblük məlumatlar hasilatda mərhələli azalma tendensiyasını göstərir. Belə ki, 2025-ci ilin birinci rübündə gündəlik orta hasilat 465 min barel, ikinci rübdə 462 min barel, üçüncü rübdə isə 458 min barel olub.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycan 2025-ci ilin yanvar–avqust aylarında kondensat da daxil olmaqla 18,39 milyon ton xam neft hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % azdır. Kommersiya hasilatı da eyni nisbətdə azalaraq 18,35 milyon ton təşkil edib.
Fuad Mədətov
Finss.az