BİZNES

15 Oktyabr

Çin avqust ayı ilə müqayisədə sentyabrda orta gündəlik neft idxalını azaldıb.

Finss.az xəbər verir ki, İnterfaks Baş Gömrük İdarəsinin məlumatlarına əsaslanan hesablamalara əsasən, sentyabrda Çinin orta gündəlik neft idxalı 11,498 milyon barel təşkil edib.

Bu göstərici avqust ayı ilə müqayisədə 1,3% az, lakin 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 3,9% çoxdur.

Mütləq ifadədə Çin avqustda 49,492 milyon ton və 2024-cü ilin sentyabrında 45,488 milyon ton ilə müqayisədə keçən ay 47,252 milyon ton neft idxal edib (23,83 milyard dollar dəyərində).