SOCAR və Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO) əməkdaşlığı uğurla davam edir.
Finss.az xəbər verir ki, 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir.
22–26 sentyabr 2025-ci il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün intensiv beş günlük təlimlər keçirilib. Təlim mövzuları:
- Qazma prosesi zamanı quyulara nəzarət
- İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları
Bu layihə, SOCAR və TPAO arasında insan kapitalının inkişafı, enerji sektorunda bilik və təcrübə mübadiləsi və qarşılıqlı öyrənmə təşəbbüslərinin davamlılığı məqsədini daşıyır.
Fuad Mədətov
Finss.az