Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,940 milyard manat dəyərində içki və tütün məmulatları satılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
İçki və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,2% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 46,423 milyard manatlıq məhsul satılıb. Onlardan 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq isə qeyri-ərzaq malları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,8% artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az