BİZNES

14 Oktyabr

Azərbaycanda ərzaq məhsulları satışları pərakəndə ticarətdə əsas paya malik olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,4 milyard manatlıq ərzaq məhsulları satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.

Ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 50,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 46,423 milyard manatlıq məhsul satılıb. Onlardan 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq isə qeyri-ərzaq malları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,8% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az