Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 33.110 şəxs qəbul edilib.
Finss.az dövlət xidmətinə istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44.450 xidmət göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,99% çoxdur.
Ümumi xidmətlərin 85%-i 9 əsas xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında vergi ödəyicilərinə 664.698 məlumatlandırma xarakterli məktub göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 88 görüş keçirilib və 365 ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.569 müraciət üzrə 4.568 "Asan İmza" sertifikatı təqdim olunub.
Fuad Mədətov
Finss.az