BİZNES

14 Oktyabr

Azərbaycanda əczaçılıq və tibbi ləvazimatların pərakəndə satışı 21,5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,139 milyard manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq məhsul satılıb. Onlardan 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq isə qeyri-ərzaq malları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,8% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az