BİZNES

09 Oktyabr

İnvestisiya şirkəti Marlin İsveçin IT şirkəti Medius-u 2 milyard dollara satmağı düşünür.

Finss.az xəbər verir ki, “Marlin Equity Partners” investisiya şirkəti İsveçin bulud proqram təminatı istehsalçısı Medius-u satmaq imkanlarını araşdırır, Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.

Potensial sövdələşmənin dəyəri 2 milyard dollar qiymətləndirilir. Mənbələrə görə, Marlin müqaviləni Evercore Inc konsaltinq şirkəti ilə birgə hazırlayır. Potensial alıcılarla danışıqlar gələn ilin əvvəlində başlaya bilər. Bununla belə, Marlin aktivin sahibliyini daha uzun müddət saxlamağı istisna etmir.

Medus avtomatlaşdırılmış ödəniş uçotu üçün bulud əsaslı həllərin hazırlanmasında ixtisaslaşıb. Onun müştəriləri arasında Britaniya univermağı Liberty, idman geyimləri istehsalçısı Puma SE və kosmetika şirkəti Lush Cosmetics var.