BİZNES

08 Oktyabr

Telefonica 2025-ci ilin sonuna qədər 6000-dən çox iş yerini ixtisar edəcək

Finss.az xəbər verir ki, İspaniyanın aparıcı telekommunikasiya şirkəti Telefonica bu ilin sonuna qədər ən azı 6000 iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə yerli “Expansion” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, ixtisarların ümumi sayı 7000-ə qədər arta bilər. Bu qərar, şirkətin əməliyyat xərclərinin azaldılması və rəqəmsal transformasiya strategiyası çərçivəsində həyata keçirilir.

Hazırda Telefonica şirkətində təxminən 100 min nəfər çalışır və bu ixtisarlar şirkət işçi heyətinin 6-7%-ni əhatə edə bilər. Şirkət ixtisarların tədricən və bölmələr üzrə mərhələli şəkildə aparılacağını bildirir.

Telefonica, Avropa və Latın Amerikasında fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətlərindən biridir və bu addım şirkətin uzunmüddətli dayanıqlığını və rəqabət qabiliyyətini qorumağa yönəlib.