Bakı balanslaşdırılmış enerji strategiyasını dəstəkləyir.
Finss.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Astanada keçirilən "KAZENERGY" Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ənənəvi enerji zəruri olaraq qalır: ötən il Azərbaycanda 50 milyard kubmetr təbii qaz hasil olunub, onun 25 milyard kubmetrindən çoxu, o cümlədən 13 milyard kubmetri Avropaya ixrac edilib. Nazir müavini SOCAR və Türkiyənin “Botash” şirkəti ilə Suriyaya qaz ixracının genişləndirilməsini xüsusi vurğulayıb:
“Suriyada gələcək elektrik enerjisi istehsalı üçün tədarük edilən qaz Yaxın Şərqdə əlavə imkanlar açacaq.”
O həmçinin qeyd edib ki, yeni energetikaya keçid ilə yanaşı, ənənəvi energetika sektoruna investisiyaların davam etdirilməsi vacibdir:
“Bəzi regionlarda beynəlxalq maliyyə institutları ənənəvi energetikaya investisiyaların əleyhinə çıxır ki, bu da dayanıqlı inkişaf və enerji təhlükəsizliyinə mane ola bilər.”