Finss.az - SOCAR geotermal enerji üzrə tərəfdaş axtarır.
Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib ki, şirkət artıq “SLB” ilə birlikdə Azərbaycanın geotermal enerji potensialını araşdırıb və indi bu istiqamətdə təcrübəli tərəfdaşla əməkdaşlıq etməyə hazırdır.
Onun sözlərinə görə, SOCAR-ın hədəfi 2035-ci ilə qədər balanslı enerji portfeli yaratmaqdır. Buraya həm yüksək karbonlu, həm də aşağı karbonlu layihələr daxildir. İsayev bir neçə nümunə də göstərib:
- “Light Source” və bp ilə 240 MVt gücündə layihələrin icrası;
- Səngəçal terminalının elektrikləşdirilməsi;
- “Masdar” və digər tərəfdaşlarla üç yeni layihənin işə salınması.
O qeyd edib ki, əldə edilən nailiyyətlərin əsasında əməkdaşlıq dayanır:
“Son üç ildə mühüm uğurlar qazandıq, lakin bunların hamısı əməkdaşlıq sayəsində mümkün oldu. Bu əməkdaşlıq həm bilik mübadiləsini gücləndirir, həm də dekarbonizasiya prosesini sürətləndirir.”