BİZNES

03 Oktyabr

“SOCAR Green” bio-yanacaq və karbon tutma texnologiyalarını inkişaf etdirir

“SOCAR Green” bio-yanacaq və karbon tutma texnologiyalarını inkişaf etdirir.

Finss.az xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) bildirib.

Onun sözlərinə görə, şirkət bio-yanacaq, HVO (hidrotəmizlənmiş bitki yağı), SAF (dayanıqlı aviasiya yanacağı), eləcə də karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) texnologiyaları üzərində çalışır.

E. Tarquliyev qeyd edib ki, bu istiqamətlər hələlik əsasən tədqiqat mərhələsindədir:

  • HVO üzrə əsas çətinlik istifadə olunmuş qida yağlarının toplanması ilə bağlıdır; normativ məcburiyyət olmadığından layihə hələ kommersiya baxımından səmərəli deyil.
  • SAF üzrə əsas əngəl isə yüksək ilkin investisiya dəyəridir. Bu səbəbdən aviaşirkətlərlə uzunmüddətli öhdəliklərin təmin olunması istiqamətində danışıqlar aparılır.