BİZNES

02 Oktyabr

Azərbaycan 2032-ci ilə qədər 6 GVt “yaşıl enerji” gücü istehsal etməyi planlaşdırır

Azərbaycan 2032-ci ilə qədər 6 GVt “yaşıl enerji” gücü istehsal etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 6 GVt gücün 4 GVt-ı mərhələli plan çərçivəsində “Xəzər–Qara dəniz–Avropa” “yaşıl enerji” dəhlizi vasitəsilə ixrac olunacaq, bu da təqribən 4,5 milyon ton istixana qazı emissiyasının azaldılmasına imkan verəcək.

P.Şahbazov vurğulayıb ki, Transxəzər yaşıl energetika dəhlizi, həmçinin Naxçıvan və Ermənistan üzərindən “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” marşrutları ölkənin əsas prioritetlərindədir. Bu layihələr regional enerji sistemlərini balanslaşdırmağa, bərpaolunan enerji mənbələrinin payını artırmağa, enerji təhlükəsizliyini möhkəmləndirməyə, tullantıları azaltmağa və Azərbaycanın qlobal iqlim fəaliyyətlərində rolunu gücləndirməyə imkan verəcək.

Nazir əlavə edib ki, “sıfır karbonlu” gələcək üçün əsas mənbələrdən biri hidrogen olacaq və Azərbaycanda onun istehsal, istehlak və ixracını əhatə edən Milli Strateji Baxış üzrə Fəaliyyət Planı hazırlanır.