Finss.az - SOCAR innovasiyalarda əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Bakıda PASHA Holding tərəfindən təşkil olunan "INMerge Innovation Summit"də SOCAR vitse-prezidenti Kənan Nəcəfov bildirib ki, innovasiyalar müxtəlif təlimlərin, şirkətlərin və baxışların kəsişməsində yaranır.
O qeyd edib ki, SOCAR təcrid olunmuş şəkildə fəaliyyət göstərmir və digər neft-qaz və enerji şirkətləri, dövlət qurumları, tərəfdaşlar və müştərilərlə əməkdaşlıq edir:
“Biz təcrid olunmuş şəkildə fəaliyyət göstərmirik. Digər neft-qaz və enerji şirkətləri, dövlət qurumları, tərəfdaşlar, müştərilərlə əməkdaşlıq edirik, onlara həm işlə bağlı məsələlərdə, həm də innovasiya aspektlərində qulaq asırıq. Məhz belə qarşılıqlı əməkdaşlıq bizə yeni yanaşmalar tapmağa və innovasiyalar yaratmağa kömək edir.”
O əlavə edib ki, innovasiyalar həmişə inqilabi və ya miqyaslı olmaq məcburiyyətində deyil və kiçik gündəlik təkmilləşdirmələr şəklində də tətbiq oluna bilər.