Finss.az - SOCAR innovasiyalardan əməliyyat və ekoloji səmərəliliyi artırmaq üçün istifadə edir.
Bakıda PASHA Holdinq tərəfindən təşkil olunan “INMerge Innovation Summit”də SOCAR vitse-prezidenti Kənan Nəcəfov bildirib ki, şirkət innovasiyalardan həm əməliyyat, həm iqtisadi, həm də ekoloji səmərəliliyi artırmaq üçün istifadə edir.
O qeyd edib ki, SOCAR-ın strateji hədəfi sənayenin liderləri sırasında yer almaq və maraqlı tərəflər üçün maksimum dəyər yaratmaqdır:
“Bunun üçün innovasiyalar bizə həm əməliyyat, həm iqtisadi sahədə daha səmərəli, eləcə də daha ekoloji olmağa imkan verən bir vasitə kimi xidmət edir.”
Vitse-prezident bildirib ki, SOCAR bu istiqamətdə iki əsas layihə həyata keçirir: rəqəmsal transformasiya və innovasiyalar üzrə yol xəritəsi:
“Bizim şirkətimiz yüzlərlə müəssisədən ibarətdir və müxtəlif biznes bölmələrində süni intellektdən tutmuş robotlaşmaya və böyük verilənlərin təhlili metodlarına qədər hər şeyi tətbiq edirik. Bu texnologiyalar əməliyyat və ekoloji səmərəliliyi artırır.”