BİZNES

02 Oktyabr

American Exxon yenidən təşkili çərçivəsində 2000 iş yerini ixtisar edəcək.

Finss.az xəbər verir ki, Amerikanın neft şirkəti Exxon Mobil, təşkilati strukturunun səmərəliliyini artırmaq səyləri fonunda qlobal miqyasda təxminən 2000 iş yerini ixtisar etməyi planlaşdırdığını açıqladı.

Bloomberg CEO Darren Woodsun daxili memorandumuna istinadən xəbər verir ki, ixtisarlar şirkətin ümumi işçi qüvvəsinin 3-4%-ni təşkil edəcək.

2024-cü ilin sonunda Exxon-da 61.000 nəfər işləyirdi ki, bu da 2019-cu illə müqayisədə 20% azalma deməkdir.