BİZNES

01 Oktyabr

Rusiyada üzümçülük və şərabçılığa dövlət dəstəyi 2026-cı ildə 7,7% azala bilər.

Finss.az xəbər verir ki, Üzümçülük və şərabçılığa subsidiyalar 2026-cı ildə 7,7%, tərəvəzçilik və kartofçuluğa isə 5,2% azaldıla bilər.

Növbəti üç il üçün federal büdcə layihəsinə izahat qeydinə əsasən, 2026-cı ildə “Üzümçülüyün və şərabçılığın inkişafının stimullaşdırılması” federal layihəsinə 3 milyard 963,4 milyon rubl, 2025-ci ildə isə 4 milyard 293,5 milyon rubl ayrılıb.

2027-2028-ci illərdə maliyyələşdirmənin 2 milyard 903,4 milyon rubla (illik) qədər azaldılması təklif olunur.

“Tərəvəzçiliyin və kartofçuluğun inkişafı” federal layihəsinə dövlət dəstəyi də azalacaq. Bu dövrlərin hər biri üçün 2025-ci ildəki 3 milyard 691,7 milyon rubla qarşı 3,5 milyard rubl ayrılıb.