BİZNES

01 Oktyabr

Neft qiymətləri OPEC+ və Kürdüstan tədarükü ilə bağlı gözləntilər fonunda ucuzlaşır

Finss.az xəbər verir ki, neft bazarında qiymətlər Bazar ertəsi axşamı OPEC+ ölkələrinin istehsalı artıracağı və Kürdüstanın neft tədarükünün bərpa olunacağı gözləntiləri fonunda ucuzlaşmaqda davam edir.

Brent neftinin noyabr fyuçersləri üzrə qiyməti Moskva vaxtı ilə 17:22-də 2,02 dollar və ya 2,88% azalaraq, bir barel üçün 86,11 dollar təşkil edib.

WTI neftinin noyabr fyuçersləri isə New York Əmtəə Birjasında 2,09 dollar və ya 3,18% ucuzlaşaraq, 63,63 dollara düşüb.

Hər iki neft markası ötən həftə Rusiyadan və Yaxın Şərqdən tədarükün azalacağına dair qorxular və geosiyasi gərginlik səbəbilə 4%-dən çox bahalaşmışdı.

Qeyd edək ki, Qərb mediasında yayılan məlumata görə, OPEC+ ölkələri noyabr ayında gündəlik istehsalı ən azı 137 min barel artırmağa hazırlaşır. Növbəti kvota müzakirələri 5 oktyabr 2025-ci il tarixində keçiriləcək.