Finss.az xəbər verir ki, Moldovanın Enerji Tənzimləməsi üzrə Milli Agentliyi (ANRE), “Moldelectrica” dövlət müəssisəsi tərəfindən hazırlanmış və dəyəri 0,5 milyard avrodan çox olan 2025–2034-cü illəri əhatə edən elektrik enerjisinin ötürülməsi şəbəkələrinin inkişaf planını təsdiqləyib.
Agentliyin açıqlamasına görə, növbəti 10 il ərzində həyata keçiriləcək plan mövcud infrastrukturun modernləşdirilməsi, yeni ötürücü xətlərin tikintisi, ötürücü sistemin texnoloji yenilənməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə təqribən 8 milyard Moldova leyi (hazırkı məzənnə ilə 0,5 milyard avrodan çox) həcmində sərmayə qoyulması planlaşdırılır.
Planın əsas infrastruktur layihələrinə aşağıdakılar daxildir:
-
400 kV-luq Vulkanesti–Kişinov hava elektrik xətti — 2025-ci ilin dekabrına qədər istismara verilməsi nəzərdə tutulur.
-
400 kV-luq Balti–Suceava (Rumıniya) xətti — 2027-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
-
400 kV-luq Strășeni–Rumıniya xətti — istismara verilməsi 2032-ci ilin dekabrına planlaşdırılır.
Bu layihələr Moldovanın enerji təhlükəsizliyinin artırılması, regional inteqrasiyanın gücləndirilməsi və Rumıniya ilə enerji əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
