Finss.az xəbər verir ki, Qətərin suveren fondu olan Qatar Investment Authority (QIA), məlumat mərkəzlərini maliyyələşdirmək və investisiya etmək üçün Amerikanın Blue Owl investisiya şirkəti ilə əməkdaşlıq edəcək.
Tərəfdaşların bəyanatına görə, onların yeni rəqəmsal infrastruktur platforması 3 milyard dollardan çox dəyərində olan məlumat mərkəzi aktivlərini birləşdirəcək. Hesablama gücü və məlumatların saxlanması xidmətlərinə tələbat artdıqca portfel genişlənəcək.
Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir ki, QIA yeni müəssisəyə təxminən 1 milyard dollar yeni kapital təmin edəcək.
Qətər fondu 524 milyard dollarlıq aktivləri idarə edir.