Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir və Zəngəzur Dəhlizinin istifadəyə verilməsi bu rolu daha da möhkəmləndirəcək.
Finss.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
S. Bəşirli vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji regional mərkəz rolunu gücləndirir. Müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və səmərəli logistika həlləri yaradır.
O həmçinin qeyd edib ki, enerji siyasəti Azərbaycanın həm inkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraq qalır. Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və külək layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası” Azərbaycanın qlobal enerji keçidində fəal iştirakını təmin edir.