BİZNES

24 Sentyabr

Kiçik bizneslərdə satış strategiyaları müştəri tanınması ilə başlayır – Sakit Səmədov

Azərbaycan biznes mühitində kiçik bizneslərin satışlarını artırmaq üçün düzgün strategiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Finss.az-a biznes eksperti Sakit Səmədov açıqlama verib.

Onun sözlərinə görə, kiçik bizneslərin satışlarını artırmaq üçün əsas amil müştərini tanımaq və onun istəklərinə diqqət yetirməkdir:

"Sektordan sektora fərq olsa da, kiçik bizneslərdə satış strategiyaları və satışın artırılması əsas amildir. Türkiyədə müştərinin tanınması, onun bilavasitə dəyərləndirilməsi və istəklərinin ciddiyə alınması, həmçinin hər bir müştəri ilə məlumatlandırıcı ünsiyyət qurmaq satışın dayanıqlı və davamlı olmasını təmin edir. Kiçik bizneslərdə ənənəvi yanaşma - şəxsə, sektora və ya korporativ müştəriyə yönəlik özəl maraq, ünsiyyət, dialoq və məhsulla çıxış etməklə satışın artırılmasına kömək edə bilər."

Ekspert vurğulayıb ki, kiçik bizneslər satışlarını artırmaq üçün müştəri ilə davamlı ünsiyyət və fərdi yanaşmanı prioritet etməlidirlər. Həmçinin, sektora uyğun kommunikasiya və məhsulun diqqətlə təqdimatı satışın artımına birbaşa təsir göstərir.

S.Səmədov bildirib ki, kiçik bizneslər resurslarını düzgün yönləndirərək şəxsi diqqət, maraq, dialoq və məhsul təqdimatını strateji prioritetə çevirsələr, bu həm satışın artmasına, həm də müştəri loyallığının güclənməsinə səbəb olacaq.

Fuad Mədətov
Finss.az