BİZNES

15 Sentyabr

Vodafone UEFA Çempionlar Liqasının sponsoru oldu

Finss.az xəbər verir ki, Britaniyanın mobil operatoru Vodafone Group Plc, Avropada həm kişi, həm də qadın futboluna dəstək verən Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə böyük tərəfdaşlıq sazişi imzalayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Vodafone 2025-26 və 2026-27 mövsümlərində Çempionlar Liqasının rəsmi telekommunikasiya tərəfdaşı olacaq.

Gələn həftə başlayacaq turnirin başlanğıcında şirkət dünyanın 206 ölkəsinə səyahət etmək üçün elektron SİM kart olan Champions Travel eSIM proqramını işə salır. Çempionlar Liqasının oyunları üçün biletlər bu proqramın müştəriləri arasında oynanılacaq.

Bundan əlavə, Vodafone 2030-cu ilə qədər Qadın Çempionlar Liqasının və 2029-cu il Avropa Çempionatının, eləcə də növbəti beş il ərzində qadın futbolu üzrə bir sıra digər turnirlərin sponsoru olacaq.