Finss.az xəbər verir ki, neft qiymətləri ABŞ-da tələbin zəifləməsi və OPEC+ hasilatının artması fonunda bazarın təklif bolluğu ilə üzləşəcəyi ilə bağlı artan narahatlıqlar fonunda düşür.
Moskva vaxtı ilə saat 8:20-də Brent markalı noyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,49 dollar (0,74%) ucuzlaşaraq bir barel üçün 65,88 dollar olub. Cümə axşamı Brent markalı neft 1,12 dollar (1,7%) ucuzlaşaraq 66,37 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri 0,53 dollar (0,85%) ucuzlaşaraq bir barelə görə 61,84 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 1,3 dollar (2%) ucuzlaşaraq 62,37 dollar olub.
Beynəlxalq Enerji Agentliyi (IEA) dünən 2025 və 2026-cı illərdə qlobal neft tədarükünün artımı ilə bağlı təxminlərini gündə 200 min barel artırıb.