Finss.az xəbər verir ki, ANZ Group analitikləri 2025-ci ilin sonuna qədər qızılın qiymətini bir unsiya üçün 3 800 dollar, 2026-cı ilin ortalarına isə 4 000 dollar səviyyəsində proqnozlaşdırırlar. Bu artımın əsas səbəbləri arasında investisiya tələbinin güclənməsi, ABŞ dollarının zəifləməsi, geosiyasi qeyri-müəyyənliklər və qlobal mərkəzi bankların aktiv alış siyasəti göstərilir.
Comex birjasında dekabr fyuçersləri 0,2% artaraq 3 688,5 dollar olub. Qızıl bu ilin əvvəlindən etibarən 33%-dən çox bahalaşıb və analitiklər bu yüksəlişin davam edəcəyini bildirirlər.