Finss.az xəbər verir ki, ABŞ-da uzunmüddətli ipoteka kreditləri üzrə faiz dərəcələri son bir həftədə 15 baza bəndi azalaraq illik 6,49%-ə düşüb. Bu, 2024-cü ilin oktyabrından bəri qeydə alınmış ən aşağı səviyyədir. İpoteka Bankirlər Assosiasiyasının (MBA) məlumatına görə, faiz endişi ABŞ-da daşınmaz əmlak bazarında aktivliyi artıra bilər.
Digər tərəfdən, ANZ Group analitikləri 2025-ci ilin sonu üçün qızılın qiymət proqnozunu bir unsiya üçün 3800 dollara, 2026-cı ilin ortalarında isə 4000 dollara qədər yüksəldiblər. Bu artım ABŞ dollarının zəifləməsi, qeyri-müəyyən qlobal iqtisadi mühit və mərkəzi bankların rekord qızıl alışları ilə əsaslandırılır. Comex birjasında dekabr fyuçersləri artıq 3688,5 dollar/unsiya səviyyəsinə çatıb – bu, ilin əvvəlindən 33%-dən çox bahalaşma deməkdir.