Finss.az xəbər verir ki, Apple Inc., Cupertinodakı baş ofisində keçirilən təqdimatda ən nazik iPhone modeli olan iPhone 17 Air-i ictimaiyyətə təqdim edib. Yeni modelin qalınlığı cəmi 5,6 mm-dir ki, bu da əvvəlki modellərlə müqayisədə təxminən 30% daha nazik olması deməkdir.
iPhone 17 Air modeli yeni A19 Pro çipi ilə təchiz olunub və daha güclü performans, enerji səmərəliliyi təqdim edir. Lakin, batareya ömrü, kamera keyfiyyəti və audio imkanları baxımından bu model digər Pro versiyalarından bir qədər geri qalır.
Bununla yanaşı, Apple yeni iPhone Pro modellərini də təqdim edib, hansı ki, təkmilləşdirilmiş kamera sistemləri, uzunmüddətli batareya ömrü və material keyfiyyətindəki yeniliklərlə diqqət çəkir.
Bu təqdimat, Apple-ın dizayn və texnologiya balansı yaratmaq üçün atdığı növbəti strateji addım kimi qiymətləndirilir.