BİZNES

12 Sentyabr

Çin və Avropa Mərkəzi Bankları avro/yuan svop razılaşmasını 2028-ci ilə qədər uzatdı

Finss.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) və Avropa Mərkəzi Bankı (AMB) arasında mövcud olan avro/yuan valyuta mübadiləsi (swap) razılaşması yenidən uzadılıb. Tərəflər bu razılaşmanı ilk dəfə 2013-cü ilin oktyabrında imzalamış və bu müddət ərzində üç dəfə yeniləmişdilər.

Son razılaşmaya əsasən, valyuta svopu 2028-ci il oktyabrın 8-dək eyni şərtlərlə qüvvədə olacaq. Müqavilədə maksimum svop xətti əvvəlki kimi 350 milyard yuan və 45 milyard avro olaraq saxlanılıb.

Bu əməkdaşlıq həm Çin və Avrozonanın maliyyə sabitliyini dəstəkləmək, həm də ikitərəfli ticarət əməliyyatlarını asanlaşdırmaq məqsədi daşıyır. Uzadılan svop razılaşması, mərkəzi banklar arasında etibarlı əlaqənin davamlılığını göstərməklə yanaşı, valyuta bazarlarında likvidlik təminatı baxımından da mühüm əhəmiyyət daşıyır.