Finss.az xəbər verir ki, ABŞ-ın aparıcı neft emalı şirkətlərindən biri olan Phillips 66, Cenovus Energy Inc.-dən WRB Refining LP-dəki 50% payını 1,4 milyard dollar nağd vəsait qarşılığında alacaq.
Bu razılaşma ilə Phillips 66 WRB Refining-in yeganə sahibi olacaq və beləliklə, şirkət İllinoys və Texas ştatlarında yerləşən Wood River və Borger neft emalı zavodlarına tam nəzarət edəcək. Hər iki zavodun ümumi gündəlik emal gücü 495.000 barel təşkil edir.
Phillips 66-nın baş direktoru Mark Laschier bildirib:
"Tam mülkiyyət bizə əməliyyat səmərəliliyini artırmaq və strateji mövqeyimizi möhkəmləndirmək imkanı verir."