Finss.az xəbər verir ki, neft qiymətləri çərşənbə axşamı Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaldacağı gözləntiləri ilə artmaqda davam edib. Bu qərarın ABŞ iqtisadiyyatını və yanacağa olan tələbatı dəstəkləyəcəyi düşünülür.
Brent markalı neftin noyabr fyuçersləri 0,65% bahalaşaraq bir barel üçün 66,45 dollar, WTI markalı neftin oktyabr fyuçersləri isə 0,75% artaraq 62,73 dollar olub.
Bazar iştirakçıları gələn həftə keçiriləcək FED iclasında faiz dərəcələrinin 25-50 baza bəndi aralığında azaldılacağını proqnozlaşdırırlar.
Bu arada, Saudi Aramco Asiya və Avropaya neft tədarükü üçün qiymətləri aşağı salıb. OPEC+ ölkələrinin hasilatı artırması, Çin və Avropada aşağı yanacaq ehtiyatları, həmçinin Rusiyaya qarşı mümkün yeni sanksiyalar da qiymətlərə təsir edən əsas amillərdir.