BİZNES

11 Sentyabr

Estoniyanın müdafiə büdcəsi ÜDM-in 5%-ni keçəcək – 2035 strategiyası təqdim olundu

Finss.az xəbər verir ki, Estoniya müdafiə naziri Hanno Pevkur, parlamentdə təqdim etdiyi “Estoniya 2035” müdafiə strategiyası çərçivəsində ölkənin dörd il ərzində müdafiə büdcəsinin ÜDM-in 5%-dən çoxuna çatacağını bildirib. 2025-ci ildə büdcə 2 milyard avronu, növbəti dörd ildə isə 10 milyard avronu aşacaq.

Nazirin sözlərinə görə, Estoniya son illərdə hərbi gücünü nəzərəçarpacaq dərəcədə artırıb. 2-ci piyada briqadasının mexanikləşdirilməsi, K9 və CAESAR artilleriya sistemləri, HIMARS raket qurğuları və pusqu tipli zenit sursatları sayəsində ordunun hərəkətliliyi və atəş gücü güclənib.