BİZNES

10 Sentyabr

Brent markalı neftin bir barreli 66,5 dollara yüksəlib

Finss.az xəbər verir ki, çərşənbə axşamı səhər neft qiymətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı təqdirdə qlobal tədarükün azalacağı qorxusu fonunda artmaqda davam edir.

London ICE Futures birjasında noyabr fyuçerslərinin dəyəri Moskva vaxtı ilə saat 8:16-a olan məlumata görə, 0,48 dollar (0,73%) artaraq 66,5 dollar/barel təşkil edib. Bazar ertəsi müqavilə 0,52 dollar (0,79%) artaraq 66,02 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində oktyabr ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,44 dollar (0,71%) bahalaşaraq 62,7 dollar/barelə çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,39 dollar (0,63%) artaraq bir barel üçün 62,26 dollar olub.