Finss.az xəbər verir ki, OPEC+ ölkələri oktyabr ayında hasilat kvotaları və kompensasiya mexanizmlərinə əsaslanaraq sutkada 177 min barel neft hasilatı artımı nəzərdə tutur. Bu artımla birlikdə təşkilat üzrə ümumi hasilat 37,978 milyon barel/gün səviyyəsinə çata bilər.
Ən böyük artım Səudiyyə Ərəbistanı və Rusiya üzrə qeydə alınacaq. Belə ki, Səudiyyə hasilatı 42 min barel artıraraq 10,02 milyon barel/günə, Rusiya isə 57 min barel artıraraq 9,421 milyon barel/günə çatdıra bilər. Digər üzv ölkələrdən İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman da cüzi artımlar planlaşdırır.
Bu artım qlobal bazarda təhlükəsiz təchizat balansı yaratmaq və qiymət sabitliyini qorumaq məqsədi daşıyır.