BİZNES

09 Sentyabr

StubHub 9 Milyard Dollar Dəyərlə IPO-ya Hazırlaşır

Finss.az xəbər verir ki, məşhur onlayn bilet satış platforması StubHub, Nyu-York birjasında ilkin səhmlər yerləşdirməyə (IPO) hazırlaşır. Şirkət IPO nəticəsində 9 milyard dollardan çox dəyər qazanmağı hədəfləyir. IPO prospektinə əsasən, StubHub 34 milyondan çox səhm təklif edəcək və bu səhmərin hər birinin qiyməti 22–25 ABŞ dolları arasında dəyişəcək.

Əgər səhmlər orta qiymət olan 23,5 dollarla yerləşdirilərsə, şirkət IPO-dan 735,5 milyon dollar vəsait toplaya bilər. Əlavə bölüşdürmə opsiyası aktivləşdirilərsə, bu məbləğ 849,2 milyon dollara qədər yüksələcək. StubHub bu resurslarla öz platformasını genişləndirməyi və yeni bazarlara çıxışını sürətləndirməyi planlaşdırır.