BİZNES

08 Sentyabr

Səudiyyə Ərəbistanı OPEC+ neft hasilatını artırmağa çalışır

Finss.az xəbər verir  ki, OPEC+ sazişinin liderlərindən biri olan Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün OPEC+ üzvləri tərəfindən neft hasilatının sürətləndirilmiş artımını təşviq edir.

Səkkiz OPEC+ ölkəsinin məhdudlaşdırma tranşlarından biri, yəni sutkada 2,2 milyon barrel bu ilin aprelindən sentyabr ayına qədər sürətlə bazara qaytarılıb. Hazırda sutkada 1,65 milyon barel məhdudiyyəti qüvvədədir - 2026-cı ilin sonuna qədər.

Səkkiz OPEC+ ölkəsinin görüşü sentyabrın 7-nə planlaşdırılıb.

Bloomberg yazır ki, hələ qərar verilməyib. Bunu görüşə hazırlıqla tanış olan “İnterfaks” mənbələri də təsdiqləyir.