Finss.az - 2025-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 561,1 milyon manat vergi daxil olub, proqnoza 105,4 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 333,6 milyon manat və ya 3,0 faiz artıb.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 8 milyard 434,6 milyon manat olub, proqnoz 103,0 faiz icra olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 690,4 milyon manat və ya 8,9 faiz çox olub. Ödənilən vergilərin 73,0 faizi qeyri-neft-qaz sektorunun, 27,0 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manat olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 455,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2 milyard 788,5 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artaraq 148,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 faiz artaraq 113,2 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 727,6 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 515,0 milyon manat təşkil edib.




