BİZNES

03 Sentyabr

Almaniyanın büdcə kəsiri 2025-ci ilin ilk yarısında azalıb

Finss.az xəbər verir ki, Almaniyada dövlət büdcələrinin kəsiri 2025-ci ilin ilk yarısında 28,9 milyard avro təşkil edib, bu da ÜDM-in 1,3%-inə bərabərdir. Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% azalıb.

İlk altı ayda gəlirlər 6,5% artaraq 1,042 trilyon avroya çatıb. Vergi daxilolmaları, o cümlədən ƏDV və mənfəət vergisi də yüksəlib. Eyni zamanda, faiz gəlirləri 18,9% azalıb.

Xərclər 4,3% artaraq 1,071 trilyon avroya yüksəlib. Federal büdcənin kəsiri 16,7 milyard avro olub, bələdiyyə və dövlət büdcələrində də mənfi saldo qeydə alınıb. Sosial təminat fondlarında isə 3,3 milyard avroluq profisit yaranıb.