Finss.az xəbər verir ki, Tesla Inc. iyulun ortalarına Hindistanda 600-dən bir qədər çox avtomobil üçün sifariş alıb, bu isə şirkətin əvvəlki proqnozlarından xeyli azdır.
Şirkət bu il Hindistana 350-500 elektrikli avtomobil tədarük etməyi planlaşdırır. İlin əvvəlində isə 2500 avtomobil satışı gözlənilirdi. İlk partiya sentyabrın əvvəlində Şanxaydan gələcək və ilkin çatdırılmalar Mumbay, Dehli, Pune və Qurqaon şəhərləri ilə məhdudlaşacaq.
Tesla iyul ayında Hindistanda ilk sərgi salonunu açıb və Model Y üçün sifarişləri qəbul etməyə başlayıb. Krossoverin qiyməti təxminən 70 min dollar təşkil edir.