Finss.az xəbər verir ki, 2025-ci ildə Amerika şirkətləri tarixdə ilk dəfə olaraq səhmlərinin geri alışında 1 trilyon dollarlıq həddi keçiblər. MarketWatch nəşri Birinyi Associates ekspertlərinə istinadən bildirir ki, bu göstərici avqustun 20-də qeydə alınıb.
Ekspertlərin proqnozuna görə, ilin sonuna qədər geri alışların ümumi həcmi 1,1 trilyon dollardan çox olacaq. Elan edilmiş proqramların yekun dəyəri isə 1,3 trilyon dolları ötəcək. Əgər icra adi templə davam etsə, 2026-cı ildə də rekord nəticələr mümkündür.
2025-ci ildə ən iri səhm geri alışı proqramları Apple Inc. (100 mlrd. $), Alphabet Inc. (70 mlrd. $) və JPMorgan Chase Co. (50 mlrd. $) tərəfindən elan olunub.
Ekspertlər bildirirlər ki, geri alışların əsas məqsədi şirkətlərin kapitallaşmasını dəstəkləmək, səhmdarların gəlirlərini artırmaq və fond bazarındakı etibarlılığı möhkəmləndirməkdir.