Rusiya hökuməti yanacaq bazarındakı sabitliyi qorumaq üçün yeni tədbirlər görür. Baş nazirin müavini Aleksandr Novakun rəhbərliyi ilə keçirilən müşavirədə Energetika Nazirliyinə daxili bazarı yanacaqla etibarlı şəkildə təmin etmək və pərakəndə seqmentdə qiymətlərin balansını saxlamaq tapşırılıb.
İqtisadi İnkişaf Nazirliyi isə yanacağın satış qiymətlərinə təsir edən amilləri təhlil edəcək. Görüşdə yay aylarında artan tələbat, regionlarda yanacaq təminatı, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün biçin kampaniyası dövründə satış şərtləri və antiinhisar qanunvericiliyinə əməl olunması məsələləri müzakirə edilib.
Hazırda bütün bazar iştirakçıları üçün benzinin ixracına qadağa qüvvədədir və bu məhdudiyyətin uzadılacağı gözlənilir. Bu qərar həm daxili tələbatın ödənilməsi, həm də qiymətlərin sabit saxlanılması məqsədi daşıyır.