Konqo Respublikası enerji sektorunda strateji inkişaf planlarını davam etdirir. 2025-ci ilin yanvar–iyul aylarında ölkənin ümumi neft hasilatı 56,9 milyon barel və ya sutkada 268 min barel səviyyəsində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artım deməkdir.
Konqo, 2030-cu ilə qədər neft hasilatını sutkada 500 min barelə çatdırmağı hədəfləyir. Bu məqsədə nail olmaq üçün TotalEnergies və İngiltərə-Fransa şirkəti Perenco ölkədə yeni neft yataqlarını işləyir.
Pointe-Noire-dəki neft emalı zavodu ölkənin cari tələbatının 65%-ni yerli istehsal hesabına ödəyir, qalan 35%-i isə idxal yolu ilə təmin olunur. Ölkə həmçinin LNG ixrac edən ölkələr sırasına qoşulub və 2025-ci ilin sonuna qədər ümumi LNG tutumu ildə 3 milyon tona çatdırılması planlaşdırılır.
Bundan əlavə, Konqo Respublikası Rusiya şirkətləri ilə birgə yeni qaz və neft layihələrində iştirak edir. Bunlara Marine VI və Marine XII sahələrində LUKOIL ilə əməkdaşlıq, həmçinin Pointe-Noire - Lutete - Maluko-Trecho neft kəmərinin tikintisi daxildir.