Finss.az xəbər verir ki, Hindistan 2025-ci ilin birinci yarısında 12,032 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12% azalma deməkdir (13,757 milyon ton).
Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yay aylarında havanın temperaturunun ötən ilki ekstremal səviyyədən aşağı olması yanacaq idxalçılarının fəaliyyətinə təsir göstərmiş ola bilər. Hindistan Çin, Yaponiya və Cənubi Koreyadan sonra dünyanın dördüncü ən böyük LNG alıcısıdır.